Bakıda qadın sürücü 4 piyadanı vurdu

Bakıda qadın sürücü ağır yol qəzası törədib.
 
“Report”un xəbərinə görə, hadisə Xəzər rayonunda baş verib.
 
Belə ki, 32 yaşlı Sevinc Rzayeva idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçmək istəyən 4 piyadanı vurub.
 
Piyadalar - Rüfət Muradov, Səriqqə Quliyeva, Ehtiram Abdullayev və qardaşı Fərəməz Abdullayev yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırmalar davam etdirilir. /

Google+ WhatsApp ok.ru