Bakıda restoranda tüstülənmə oldu, baş redaktorların ziyafəti yarımçıq qaldı 27 İyul 2015 01:00 Hadisə Bakıda “Naxçıvan” restoranında baş redkatorlar üçün təşkil edilən ziyafət yarımçıq qalıb. Maide.az Gün.Az-a istinadən xəbər verir ki, bu gün Milli Mətbuatın 140 illiyi münasibətilə “Azərcell” şirkəti ölkədə fəaliyyət göstərən qəzet və sayt redaktorları üçün ziyafət təşkil edib. Ziyafət Yasamal rayonundakı 20 saylı məktəbin yanında yerləşən “Naxçıvan” restoranında keçirilib. Ziyafət zamanı zaldakı elektrik naqilləri anidən tüstüləyib. Ziyafətdə olan təxminən 30-40 nəfər dərhal çölə çıxıb. Tədbir isə yarımçıq bitib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 yanğınsöndürən maşını cəlb edilib. Tüstülənmədən zərər çəkən olmayıb./ Teqlər : #Bakıda restoranda tüstülənmə oldu,#baş redaktorların ziyafəti yarımçıq qaldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Bakcell`ə məxsus ötürücü qüllə yanıb Bakıda mənzildən 170 min dollar oğurlayan şəxs tutulub