Bakıda supermarket yanıb 02 Yanvar 2016 02:00 Hadisə Paytaxtın Nizami rayonunda supermarket yanıb. Maide.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Nizami rayonunda sahibi məlum olmayan ümumi sahəsi 900 kv.m olan ikimərtəbəli “ARMO STORE” supermarketinin 1-ci mərtəbəsində alçıpandan ibarət tavanı və rəflərə yığılmış ərzaq məhsulları 6 kv.m sahədə yanmışdır. Marketin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 02:03-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür. / Teqlər : #Bakıda supermarket yanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yeni ilə `yanğınla başlayanlar` Güclü qar Göyçayda ciddi fəsadlar yaradıb