Bakıda taksi piyadaları vurub, ölən və yaralanan var 15 Noyabr 2019 10:03 Hadisə Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbəsində baş verib. Qəsəbə sakini, taksi faəliyyəti ilə məşğul olan, 1990-cı il təvəllüdlü Orxan Məmmədov idarə etdiyi "Daevoo-Centra" markalı avtomobil hərəkətdə olarkən idarəetməni itirərək yolun əks istiqamətinə çıxıb və piyadalar - 1985-ci il təvəllüdlü Xəyyam Hümmətov və 1995-ci il təvəllüdlü Sahil Qaybalıyevi vurub. Nəticədə X.Hümmətov aldığı xəsarətlərdən ölüb, S.Qaybalıyev isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Suraxanı rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydasını pozma, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb. APA / Teqlər : #Bakıda,#taksi,#piyadaları,#vurub,#ölən,#və,#yaralanan,#var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Dəm qazı can almaqda davam edir Qadın dərmandan zəhərlənib - Gəncədə