Bakıda tikinti şirkətində partlayış olub, yaralanan var 02 Avqust 2014 01:00 Hadisə Bakının Səbail rayonunda "Tunel Tikinti" MMC-yə məxsus yardımçı otaqda partlayış olub. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 1-də saat 07 radələrində Səbail rayonu, Salyan şosesində yerləşən "Tunel Tikinti" MMC-yə məxsus yardımçı otaqda məişətdə istifadə edilən qaz balonu partlayıb. Dağıntı olmayıb, lakin orada fəhlə işləyən Lənkəran rayon sakini Elnur Rəhimov yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. trend / Teqlər : #Bakıda tikinti şirkətində partlayış olub,#yaralanan var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda yaşadığı evdə qətlə yetirilən qadının üzərində 17 bıçaq xəsarəti aşkar edilib Azərbaycanda yaşayış evində qumbara partlayıb, ata və oğul yaralanıb