Bakıda vəkilin avtomobilinin şüşəsini sındırıb, pulunu aparıblar 30 Noyabr 2015 02:00 Hadisə Bakıda vəkilin maşını qarət olunub. Hadisə bu gün metronun "Qara Qarayev" stansiyasının yaxınlığında qeydə alınıb. Vəkillik fəaliyyəti ilə məşğul olan Şücaəddin Bağırova məxsus “Hyundai” markalı maşının yan şüşəsinin qıran şəxs və şəxslər avtomobildən 1000 ABŞ dolları, 500 manat və müxtəlif sənədləri aparıblar. Hadisə barədə polisə məlumat verilib. Hazırda polis hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. Teqlər : #Bakıda vəkilin avtomobilinin şüşəsini sındırıb,#pulunu aparıblar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda ailə faciəsi: 9 və 7 yaşlı iki qardaş öldü Nərimanov rayon məhkəməsinin zirzəmisi yanıb - FOTO