Bakıda vətəndaş özünü şəhərin mərkəzində yandırdı

Bu gün səhər saatlarında Bakının mərkəzində intihara cəhd olub. 
 
Lent.az-ın məlumatına görə, Bakı Metropoliteninin “İçərişəhər” stansiyasının yaxınlığında, Filarmoniya bağında şəxsiyyəti hələlik məlum olmayan 40-45 yaşlı kişi üstünə benzin tökərək özünü yandırıb.
 
O, xəstəxanaya yerləşdirilib.
 
Özünü yandıran şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır. 

Google+ WhatsApp ok.ru