Bakıda yanğında ölənlərin sayı 15-ə çatıb 20 May 2015 01:00 Hadisə Mayın 19-da Azərbaycan paytaxtında çoxmərtəbəli binada baş verən yanğın nəticəsində xəsarət almış 56 nəfərə tibbi yardım göstərilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramovanın APA-ya verdiyi məlumata görə, həmin şəxslərdən 34 nəfər Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə, 2 nəfər 6 saylı şəhər xəstəxanasına, 4 Travmatologiya və Ortopediya İnstitutuna, 1 Yanıq Mərkəzinə yerləşdirilib. 15 nəfərə hadisə yerində yardım göstərilib. Onun sözlərinə görə, hadisə yerindən 14 meyit götürülüb. Bundan başqa, 1 nəfər Klniki Tibbi Mərkəzdə vəfat edib. Bununla da hadisə nəticəsində ölənlərin sayı 15-ə çatıb. Liya Bayramova xəsarət alanların çoxunun artıq evə buraxıldığını bildirib. Hazırda sadəcə Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsində 14 nəfər qalıb ki, onların da vəziyyəti yaxşıdır. Teqlər : #Bakıda yanğında ölənlərin sayı 15ə çatıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda baş verən yanğında ölənlərdən daha 3 nəfərin kimliyi məlum olub Yanan binanın qarşısında polislə qarşıdurma VİDEO