Bakıda yanğın söndürüldü

16.41 - Bakının Nərimanov rayonu ərazisində yerləşən "Yaşıl bazar" yaxınlığında başlayan yanğın söndürülüb. 
 
ANS PRESS-in məlumatına görə, yanğın bazarın yaxınlığında yerləşən köhnə kinoteatrda baş verib.
***
 
Bu dəqiqələrdə Nərimanov rayonu ərazisində yerləşən "Yaşıl bazar"da yanğın başlayıb. 
 
Hazırda yanğının söndürülməsinə çalışılır. 
 
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını cəlb olunub. 
 
Yanğının səbəbləri hələ ki, bilinmir. 
 
Faktla bağlı araşdırma aparılır

Google+ WhatsApp ok.ru