Bakıda yeznəsinin evindən 45 min ABŞ dolları oğurlamış şəxs tutulub

Bakıda yeznəsinin mənzilindən oğurluq etmiş şəxs tutulub.
Maide.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.
Məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 18-də Bakı şəhər sakini Turan Seyidova məxsus evdən içərisində 45 000 ABŞ dolları olan seyfi oğurlamış Yaşar Məmmədov tutulub.
Xatırladaq ki, hadisə Bakuvi küçəsi ev 12-də baş verib.
Həmin ünvanda yaşayan Turan Seyidov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, qonağı - qaynı Şuşa şəhər sakini 1971-ci il təvəllüdlü Yaşar Məmmədov içərisində 45 min ABŞ dollar olan seyfini oğurlayıb.

Google+ WhatsApp ok.ru