Bakıda özünü binadan atmaq istəyən şəxs xilas edilib 06 Sentyabr 2016 01:00 Hadisə Bakıda özünü binadan atmaq istəyən şəxs xilas edilib. Verilən məlumata görə, şəxsiyyəti hələlik açıqlanmayan şəxs Fövqəladə Hallar Nazirliyi və polis əməkdaşlarının səyi nəticəsində binanın damından düşürülüb. İntihara cəhd edən şəxs izahatı alınmaq üçün polisə aparılıb. Şahidlərin dediyinə görə, metronun Elmlər Akademiyası stansiyası ilə üzbəüz, Hüseyn Cavid prospekti 30 ünvanında beşmərtəbəli binanın damına çıxan oğlan özünü binadan atacağını deyib. İntihar etmək istəyən şəxsin əlində içərisində benzin olan butulka da olub. Faktla bağlı araşdırma aparılır. (apa) / Teqlər : #Bakıda özünü binadan atmaq istəyən şəxs xilas edilib , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Əcnəbi vətəndaş Bakı aeroportunda öldü Bakıda avtobus qəzasında 8 nəfər yaralanıb - VİDEO