Baklıda yolun əks istiqamətinə çıxan sürücü qəza törətdi

Bakının Nəsimi rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Hadisə Azadlıq və Nigar Rəfibəyli küçələrinin kəsişməsində qeydə alınıb. Qəza zamanı “Mercedes” və “Volkswagen” markalı avtomobillər toqquşub. “Volkswagen”in sürücüsü Əliyev Rəşad Akif oğlunun verdiyi məlumata görə qəza hələlik kimliyi məlum olmayan “Mercedes”in sürücüsünün günahı üzündən olub. Belə ki, o yolun əks istiqamətinə çıxaraq hərəkət etməyə çalışıb
 
Faktla bağlı Nəsimi rayon polis idarəsində araşdırma aparılır.

Google+ WhatsApp ok.ru