Bakı metrosunda həyacan: eskalator qırıldı

Bakı metrosunda həyəcan yaşanıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin Lent.az-a verdiyi məlumata görə, bu gün saat 14.00 radələrində metronun "Elmlər Akademiyası" stansiyasında eskalator qırılıb.
Hadisəyə səbəb sərnişinlərdən birinin eskalatora əşya atması olub. “Əşya eskalatorun darağını qırıb. Dərhal həmin eskalatorun fəaliyyəti dayandırılıb. Ehtiyat eskalatoru işə salınıb”. /
 

Google+ WhatsApp ok.ru