Bakı metrosunda HƏYƏCAN 05 May 2016 01:00 Hadisə Bu gün səhər saatlarında Bakı metrosunda qatarların hərəkətində 10 dəqiqəyə qədər gecikmə olub. Bu barədə sərnişinlər məlumat verib. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin publika.az-a verdiyi məlumata görə, gecikməyə səbəb "Həzi Aslanov" stansiyasından "İçərişəhər" istiqamətində hərəkət edən 4 saylı marşrutda baş verən nasazlıqdır. "Qatarda nasazlıq aşkarlandığına görə "Qara Qarayev" stansiyasından depoya göndərilib. Daha sonra əlavə qatar xəttə buraxılıb. Bu da müəyyən gecikməyə səbəb ola bilər. Hazırda qatarlar qrafik üzrə hərəkət edir". Teqlər : #Bakı metrosunda HƏYƏCAN, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ailəsi ilə dalaşıb evi yandırdı - Bakıda Bakıda idmançı özünü 15-ci mərtəbədən atdı