Bakının mərkəzində kütləvi dava baş verib, bir nəfər bıçaqlanıb 23 İyul 2014 01:00 Hadisə Bakıda 25 yaşlı gənc bıçaqlanıb. Bakı Şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə iyulun 22-də saat 05:35 radələrində, Rəsul Rza küçəsində yerləşən Xaqani bağının yaxınlığında baş tutub. Xəsarət alan Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Şahin Quliyev 4 bıçaq yarası ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin və Səbail Rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Şirvan şəhər sakinləri - 1991-ci il təvəllüdlü Kərim Kərimov, 1992-ci il təvəllüdlü Əli Süleymanov, 1993-cü il təvəllüdlü Fuad Əliyev və 1995-ci il təvəllüdlü İlham Sadıyev saxlanılıblar. Teqlər : #Bakının mərkəzində kütləvi dava baş verib,#bir nəfər bıçaqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Gəncədə 68 yaşlı qadın özünü 9-cu mərtəbədən atıb Bakıda şirkətə basqın olub