Baş travmotoloq illik hesabatı açıqladı

Baş travmotoloq illik hesabatı açıqladı

İl ərzində Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Tramatologiya və Ortopedoya Inistutunda təxminən 9000 xəstəyə yardım göstərilib. 
 
Bunu inistutun direktoru Vaqif Verdiyev deyib. Onun sözlərinə görə, 7000 nəfərdən çox ambulator, 1900 stasionar xəstə qeydiyyata alınıb.
 
Direktor bildirib ki, il ərzində 1500-ə yaxın cərrahi müdaxilə aparılıb.
 
"İnstituta daha çox travmoloji zədələnmələrlə müraciət olunur. Daha çox bu travmalar böyüklər arasında baş verir. Zədələnmələr qışda və yay aylarında qeydə alınır. Son illər zədələnmələr nəqliyyat hadisəsi zamanı daha çox baş verir. Bu zədələnmələr daha gec sağalır".
 
Vaqif Verdiyev qeyd edib ki, institutda süni oynaqların əməliyyatı aparılır: "Bunun üçün dövlət hesabına süni oynaqlar alınır və endoplastikləşmə əməliyyatı həyata keçirilir". (azvision) /

Google+ WhatsApp ok.ru