Bayram və istirahət günlərində 17 nəfər dəm qazından zəhərlənib 05 Yanvar 2017 02:00 Sağlamlıq Bayram və istirahət günlərində (31 dekabr-5yanvar tarixlərində) dəm qazından zəhərlənmə ilə bağlı 17 nəfər Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edib. Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov APA-ya bildirib ki, onlardan 8 nəfər xəstəxanaya yerləşdirilib. Dəm qazından zəhərlənənlərdən 2-si azyaşlı uşaq olub: “Onlar mərkəzdə müalicə olunduqdan sonra evə buraxılıblar. Dəm qazı ilə zəhərlənənlər arasında ölüm qeydə alınmayıb. Bu il havalar mülayim keçdiyindən bayram və istirahət günlərində müraciətlərin sayı ötən illə müqayisədə az olub. Ötən il bayram və istirahət günlərində mərkəzə 30-a yaxın müraciət olub”. A. Maqsudov əlavə edib ki, ötən 5 gündə zəhərlənmə ilə bağlı 13 nəfər xəstəxanaya müraciət edib. Onların hər birinə lazımi tibbi yardım göstərilib. / Teqlər : #Bayram və istirahət günlərində 17 nəfər dəm qazından zəhərlənib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bayram və istirahət günlərində təcili yardıma müraciətlərin sayı artıb Baş pediatr: `Azərbaycanda uşaqlar arasında soyuqdəymə xəstəlikləri yayılıb və sayda artım var`
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir