BDU-nun yataqxanasında daha iki tələbə zəhərləndi 03 Dekabr 2019 11:29 Hadisə Bakı Dövlət Universitetinin (BDU) daha iki tələbəsi zəhərlənərək xəstəxanaya çatıdırılıb. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, BDU-nun yataqxanasında iki tələbənin vəziyyətinin pisləşməsi barədə məlumat Təcili Yardıma saat 08:15-də daxil olub. Universitetin Yasamal rayonu, Zahid Xəlilov küçəsi 54 ünvanına gələn həkim briqadası qastroenterit ehtimalı ilə (mədə soyuqlaması, sulu ishal, qarın krampları, mədə bulantısı və qusma ilə xarakterizə edilən infeksiya) 20 yaşlı iki tələbə qızı Kliniki Tibbi Mərkəzə çatdırıb. Xəstəxanaya çatdırılan qızlardan birində təzyiq yüksək, digərində aşağı olub. İlkin diaqnoz mədə-bağırsaq iltihabıdır. Hazırda vəziyyətləri nisbi-qənaətbəxşdir. Teqlər : #BDUnun,#yataqxanasında,#daha,#iki,#tələbə,#zəhərləndi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda marşrut avtobusu qəzaya uğradı Bakıda məktəb qəzalı vəziyyətə düşdü – Video