Biləsuvar Telekommunikasiya Qovşağının rəisi intihar edib

Biləsuvar şəhərində intihar hadisəsi baş verib.
Biləsuvar Telekommunikasiya Qovşağının rəisi, 1980-ci il təvəllüdlü İlkin Mirilham oğlu Ağayev işlədiyi idarənin binasında özünü asaraq intihar edib.
Hadisə bu gün axşam saat 20:30 radələrində qeydə alınıb. İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.

Google+ WhatsApp ok.ru