Biləcəri stansiyasında hadisə - 27 yaşlı gənc xəstəxanada öldü 14 Avqust 2019 12:07 Hadisə “Azərbaycan Dəmir Yolları” QSC Biləcəri stansiyasında baş verən bədbəxt hadisə ilə bağlı açıqlama yayıb. Maide.Az bildirir ki, Qurumdan Trend-ə verilən açıqlamada qeyd olunub ki, bu gün səhər saatlarında Biləcəri stansiyasında post növbətçisi 27 yaşlı Əli Möhübbəli oğlu Məmmədzadə növbədə olarkən iş başında xəsarət alıb. Hadisə yerinə Təcili Tibbi Yardım çağrılıb. Əli Məmmədzadə dərhal 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Teqlər : #Biləcəri,#stansiyasında,#hadisə,#yaşlı,#gənc,#xəstəxanada,#öldü, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Hacıqabulda maşınlar toqquşdu, yaralılar var Avtombil qaz xəttini zədələdi, 600 abonent qazsız qaldı