Biləsuvarda yol qəzasında ölən 3 nəfərin şəxsiyyəti məlum olub 31 Avqust 2019 08:50 Hadisə Yeni Ələt-Astara yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. "Hyundai" markalı minik avtomobilinin yoldan çıxaraq aşması nəticəsində 3 nəfər ölüb, daha 4-ü yaralanıb. Qəza zamanı 2 nəfər hadisə yerində, biri isə xəstəxanada ölüb. Bunlar Bakının Buzovna qəsəbəsinin sakinləri - 2004-cü il təvəllüdlü Hüseynov Riyad Çingiz oğlu, 2006-cı il təvəllüdlü Fərəczadə Səfər Fərəc oğlu, 1986-cı il təvəllüdlü Hüseynova Günel İsmayıl qızıdır. Yaralılardan 3-ü Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına (RMX), biri isə Biləsuvar RMX-ya aparılıb. Ölənlərdən biri qadındır. Maşında uşaqlar da olub. Faktla bağlı araşdırma aparılır. Teqlər : #Biləsuvarda,#yol,#qəzasında,#ölən,#nəfərin,#şəxsiyyəti,#məlum,#olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ‘Duzlu göl’də bir nəfər batıb Uşaqsız ailələrdə boşanma halları artıb