Binəqədi rayonunda avtobus piyadanı vurub öldürdü

Binəqədi rayonunda avtobus yolu keçmək istəyən piyadanı vurub.
 
Hadisə çərşənbə günü, mayın 18-də, saat 18 radələrində Binəqədi şossesində baş verib.
 
155 nömrəli marşurut xətti ilə hərəkət edən “Daewoo” markalı avtobus yolu keçmək istəyən 50-55 yaşlı kişini vurub. Avtobusun altında qalan piyada hadisə yerindəcə keçinib.
 
Avtobusun sürücüsü saxlanılıb. Ölən piyada kimliyi isə hələ ki məlum olmayıb.
 
Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. (musavat)

Google+ WhatsApp ok.ru