Bir gecədə 4 nəfər qazdan zəhərləndi - Şamaxıda 25 Fevral 2019 11:38 Hadisə Gecə saatlarında Şamaxıda ard-arda 4 nəfər dəm qazından zəhərlənib. “Qafqazinfo” xəbər verir ki, ilk olaraq şəhərin Salman Mümtaz küçəsinin sakini 1957-ci il təvəllüdlü Şabanı Xədicə Bayram qızı dəm qazından zəhərlənmə diaqnozu ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha sonra həmin küçənin digər sakini 1992-ci il təvəllüdlü Elvin Muradov, gecənin digər saatlarında Cəfər Cabbarlı küçəsində yaşayan 1988-ci il təvəlüddlü Əmralı Diləfruz Dadaş qızı və 8 yaşlı Əmralı İslam Murad oğlu təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Dəm qazından zəhərlənmiş şəxslərə ilkin müdaxilələr edilib, vəziyyətləri qənaətbəxşdir. Hazırda hər üç faktla bağlı araşdırma aparılır. Teqlər : #Bir,#gecədə,#nəfər,#qazdan,#zəhərləndi,#Şamaxıda, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sumqayıtda avtobus qəzasında xəsarət alanların SON VƏZİYYƏTİ: 6 nəfər hələ reanimasiyada Yanğın baş verən binada zəhərlənənlər var