Braziliyada sahilə ildırım düşüb, dörd nəfər həlak olub

Həlak olanlar arasında hamilə qadın da var
Braziliyanın San-Paolo əyalətində sahilə ildırım düşməsi nəticəsində 4 nəfər həlak olub.

İnterAz-ın məlumatına görə, rəsmilər əyalətin cənub-şərq bölgəsində yerləşən Praya-Qrande şəhərində sahilə ildırım düşməsindən sonra ikisi ağır olmaqla dörd nəfərin də yaralandığını qeyd ediblər.

Bundan əlavə, ölənlərin eyni ailə üzvləri olduqları, aralarında hamilə qadının da olduğu qeyd olunur.

Hadisə şahidləri sahildə insanların istirahət etdiyi vaxt birdən birə yağış yağmağa başladığını, bu vaxt yağışdan qaçmaq üçün yaxınlıqda olan bufetə sığınan insanların ildırıma məruz qaldığını açıqlayıblar./


 

Google+ WhatsApp ok.ru