Britaniya alimləri: narahatlıq xərçəngin yaranması riski artırır 26 Yanvar 2017 02:00 Sağlamlıq Narahatlıq hissi və depressiya xərçəng xəstəliklərinin yaranması riski daha da artıta bilər, Britaniya alimləri hesab edir. Alimlər İngiltərədə və Uelsdə əvvəldən tamamilə sağlam olan 160 nəfərdən çoxunun səhhətini tədqiq ediblər. Tədqiqatın sonunda alimlər o nəticəyə gəliblər ki, həyəcanlılıq və mütəəssirliyə meylli insanların müxtəlif xərçəng xəstəliklərindən ölmək riski üçdə bir qədər artır. Xüsusilə, mədə, prostat, qida borusu və mədəaltı vəzi xərçəngindən. Tədqiqat nəticələri British Medical Journal dərgisində dərc edilib. Lakin alimlər qeyd edirlər ki, səbəb-nəticə əlaqələri daha dəqiq müəyyən etmək üçün əlavə araşdırmaq lazımdır. Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, onkoloji xəstəliklər dünyada ən əsas xəstələnmə və ölüm səbəblərindən biridir. Yeni xərçəng xəstəlikləri hallarının 60 faizi Afrika, Asiya və Mərkəzi və Cənubi Amerikada qeydə alınıb.(bbc) Teqlər : #Britaniya alimləri: narahatlıq xərçəngin yaranması riski artırır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda hepatitli xəstələrin 80 faizi hepatit C-yə yoluxanlardır Alüminium qabların ziyanı - Alzeymer xəstəliyi
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir