Bu il Azərbaycanda qidadan zəhərlənənlərin sayı açıqlanıb

Bu il Azərbaycanda qidadan zəhərlənənlərin sayı açıqlanıb

Bu ilin oktyabrında Azərbaycanda 27 qida zəhərlənməsi faktı qeydə alınıb.
 
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya deyib ki, nəticədə 44 nəfər zərər çəkib. Ötən ay qeydə alınan 1 botulizm hadisəsi nəticəsində isə 3 nəfər zəhərlənib.
 
İ.Abdullayev qeyd edib ki, bu ilin 10 ayında Azərbaycanda qeydə alınan 547 qida zəhərlənməsi nəticəsində 817 nəfər zərər çəkib. Yanvar-oktyabr aylarında 30 botulizm hadisəsi nəticəsində 37 zəhərlənmə qeydə alınıb. Bu müddətdə qida zəhərlənməsindən 1 nəfər ölüb. /

Google+ WhatsApp ok.ru