Bulvarda intihara cəhd

Bu gün günorta saatlarında Dəniz kənarı Milli Park ərazisində bir nəfər intihara cəhd edib. 
 
Fövqəladə Hallar Nazirliydən Maide.az-a verilən məlumata əsasən, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda Dəniz kənarı Milli Park ərazisində 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb.
 
Dərhal FHN-nin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub. Həmin şəxs dalğıc-xilasedicilər tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib. 

Google+ WhatsApp ok.ru