Dəniz kənarında yanmış polis meyiti tapıldı- Bakıda 18 Aprel 2015 01:00 Hadisə Bakıda dəniz kənarında yanmış kişi meyiti tapılıb. Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsindən APA-ya verilən məlumata görə, bu barədə polisə məlumat daxil olan kimi hadisə yerinə polis və prokurorluq əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu çıxıb. Araşdırmalar zamanı yanmış meyiti tapılan şəxsin İmişli rayon Polis Şöbəsinin əməkdaşı polis serjantı, 1988-ci il təvəllüdlü Muxtar Kazımzadə olması müəyyən edilib. Hadisənin qətl olub-olmaması üzərində araşdırmalara başlanılıb. Polis əməkdaşının yandırılaraq qətlə yetirilməsi də istisna edilmir. Faktla bağlı cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir. / Teqlər : # Dəniz kənarında yanmış polis meyiti tapıldı Bakıda, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İki gün öncə Bakı sakinini bıçaqlayan qadın tutulub Norveç aviaşirkətinə məxsus təyyarə Bakıda məcburi eniş edib