Dəm qazı 3 can aldı

Dəm qazı 3 can aldı

Azərbaycanda dəm qazı daha 3 nəfərin həyatına son qoyub
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Maide.Az-a verilən məlumata görə, dekabrın 27-də Sabunçu rayonunun Balaxanı qəsəbəsində yaşayan Pərvanə Xəlilova, Maştağa qəsəbəsində yaşayan Xamoş Əliyeva evlərində, Mingəçevir şəhər sakini Yeganə Quliyeva isə paytaxtın Nəsimi rayonu ərazisində kirayədə yaşadığı evdə dəm qazından zəhərlənərək ölüblər. 
 
Hər üç faktla bağlı araşdırma aparılır. /

Google+ WhatsApp ok.ru