Dəm qazından 2 nəfər zəhərlənib

Dəm qazından 2 nəfər zəhərlənib

Bakıda dəm qazı daha bir nəfərin həyatına son qoyub.
 
Binəqədi rayon Polis İdarəsindən verilən məlumata görə, hadisə Biləcəri qəsəbəsi, Məlik Aslanov küçəsi döngə 1 ünvanında qeydə alınıb. Orada yaşayan 48 yaşlı Elmira İsmibala qızı Seyidova yaşadığı evdə dəm qazından boğularaq ölüb.
 
 
Xaçmazda 35 yaşlı qadın dəm qazından zəhərlənib.
Xaçmaz şəhər sakini Hüseynova Ramilə İsaməddin qızı dəm qazından zəhərlənib. Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan R. Hüseynovanın vəziyyəti orta ağırdır. 
 
Hər iki faktla bağlı araşdırma aparılır. /

Google+ WhatsApp ok.ru