Dəm qazındna 2 nəfər zəhərlənib

Dəm qazındna 2 nəfər zəhərlənib

Hacıqabul sakini dəm qazından zəhərlənib
 
Hacıqabulda 35 yaşlı kişi dəm qazından zəhərlənib.
 
Hacıqabul sakini, M.Müşviq küçəsi 134 ünvanında yaşayan 1982-ci il təvəllüdlü İslamov Cəbrayıl Ələsgər oğlu vanna otağında olarkən dəm qazından zəhərlənib.
 
Ə.İslamov toksik zəhərlənmə diaqnozu ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. 
 
 
Digər dəm qazından zəhərlənmə faktı isə Şəmkirdə baş verib.
Şəmkir rayon sakini 1982-ci il təvəllüdlü İlahə Cəfərova dəm qazı zəhərlənməsi əlaməti ilə Şəmkir rayon Mərkəzi xəstəxanaya yerləşdirilib.
 
İ. Cəfərovaya  dərhal tibbi yardım göstərilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.  Qadın yaşadığı evin hamamında olarkən dəm qazından zəhərlənib. (apa) /

Google+ WhatsApp ok.ru