Dişi kariesdən qoruyan `ömürlük` plomb kəşf edildi 12 Aprel 2017 01:00 Sağlamlıq Rusiyadan olan bir qrup alim tərəfindən plombların istifadə müddətini uzadan, dişləri karies və mikroblardan müdafiə edən "ömürlük" nanomaterial hazırlanıb. Maide.info xəbər verir ki, Trend-in məlumatına görə, alimlər yeni materialın stomatologiyada texnoloji inqilab yaradacığına əmindirlər. Nanohissəciklər özündə titan, dəmir, sink və digər metalların oksidini birləşdirir. Bir sıra eksperimentlərin nəticəsinə görə, sözügedən maddələrin cüzi konsentrasiyası belə orqanizmin özünün ifraz etdiyi təbii fermentlər kimi bütün zərərverici mikrob və bakteriyaları məhv edir. Alimlərin sözlərinə görə, nanohissəciklərdən ibarət xüsusi antibakterial əlavənin istifadəsi başqa stomatoloji materialların hazırlanmasında da nəzərdə tutulur. Teqlər : #Dişi kariesdən qoruyan `ömürlük` plomb kəşf edildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xoruldamaq vərdişdir, yoxsa xəstəlik? Civzələrdən əziyyət çəkənlər mütləq oxusun
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir