DIŞLƏR NECƏ YUYULMALIDIR? 13 Mart 2018 02:00 Sağlamlıq -- Hədislərdə dişlərin yuyulma qaydası və təmizlik Peyğəmbər (s) bu haqda buyurur: «Dişlərinizi uzununa deyil, eninə fırçalayın». Rəvayətlərdən birində deyilir: «Peyğəmbər (s) dişlərini hər gecə-gündüz üç dəfə uzununa deyil, eninə fırçalayardı. O, dişlərini adətən yatmazdan əvvəl, sonra və namaz qılmazdan əvvəl təmizləyərdi». Peyğəmbər (s) buyurur: «Oruc tutan zaman dodaqları quruyan şəxslər səhər (azandan əvvəl) və axşam çağı dişlərini yusun.» «Səhər çağı və dəstəmaz almazdan əvvəl dişləri yumaq ən gözəl adət-ən’ənələrdəndir». Başqa bir hədisdə buyurur: «Fürsət olmadıqda belə, heç olmasa üç gündən bir dişlərinizi yumağa çalışın». TÜKLƏRIN QISALDILIB SƏLIQƏYƏ SALINMASI Saç və bığın qısaldılması, saqqalın dibindən qırxılmaması və başın daranması islamın tövsiyə etdiyi ədəb-ərkan qaydalarındandır. Peyğəmbər (s) buyurur: «Bığ və burun tüklərini qısaldıb vaxtaşırı saçlarınızı darayın. Belə etməklə öz gözəlliyinizi qoruyub saxlamış olarsınız». Imam Sadiq (ə) buyurur: «Burun tüklərini qısaltmaq üzün görünüşünə xüsusi gözəllik və yaraşıq verir». «Bığ tüklərinizi uzatmayın, çünki Şeytan oranı özünə sığınacaq edir». Imam Sadiq (ə) buyurur: «Bığlarını qısaltmayan kəs bizdən deyil». Peyğəmbər (s) buyurur: «Bığlarınızı qısaldın, saqqalınızı uzadın və özünüzü yəhudilərə oxşatmayın». Əli ibn Cə’fər deyir: Qardaşımdan (həzrət imam Musa Kazim (ə)) saqqalın qısaldılması haqda soruşduqda buyurdu: «Yanaqlardan saqqalın qısaldılmasının heç bir nöqsanı yoxdur. Lakin qarşıdan qısaldılmamalıdır». Qeyd etmək lazımdır ki, saqqalın qısaldılıb və ya uzadılmasının da müəyyən həddi vardır. Imam Sadiq (ə) bu haqda buyurur: «Saqqalınızı əlinizə alın, ovucunuzdan çıxanını qısaldın». Başqa bir hədisdə buyurur: «Saqqalın əlin içindən çıxanı cəhənnəm odunda olar». (Yə’ni, saqqal əlin içindən çıxacaq qədər böyük olmamalıdır». Peyğəmbər (s) buyurur: «Gözəl tük Allahın insanlara bəxş etdiyi gözəl örtükdür, elə isə onun qədrini bilin». Imam Cə’fər Sadiq (ə) buyurur: «Baş və üzün tükünü daramaq yoxsulluğu aradan aparır və bir çox xəstəliklərin qarşısını alır». Peyğəmbərdən (s) nəql edərək buyurur: «Baş və üzün tükünü daramaq vəba xəstəliyinin qarşısını alır». Imam Rza (ə) Ə’raf surəsinin 31-ci ayəsi (мəscidlərə getdiyiniz zaman zinət əşyalarınızı da özünüzlə götürün) haqda buyurur: «Zinət hesab olunan şeylərdən biri də namaz qılmazdan əvvəl daranmaqdır». Imam Sadiq (ə) buyurur: «Peyğəmbərin (s) saçı qulaqlarının ucundan çox uzanmazdı» (@Islamheqiqetleri) Ardı var... Teqlər : #DIŞLƏR NECƏ YUYULMALIDIR?, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Limon, duz və istiotla ağrılardan qurtulun – SADƏ ÜSUL Xərçənglə mübarizədə istifadə olunan itlər
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir