Dünyada hər il bir milyon nəfərdən çox insan hepatitdən həlak olur 20 Sentyabr 2015 01:00 Sağlamlıq Dünyada 300 milyon nəfər Hepatit B və 170 milyon hepatit C virusunun daşıyıcısıdır və hər il bir milyon nəfərdən çox insan Hepatitdən həlak olur. Bunu İranın Səhiyyə Nazirliyinin nümayəndəsi doktor Rza Salari deyib. Maide.az xəbər verir ki, R.Salari deyib ki, hazırda 6 növ hepatit virusu var ki, onlardan hepatit A, B, C ən çox yayılanlardır. Onun sözlərinə görə hepatit B malariya və vərəm xəstəliklərindən sonra dünyada ən geniş yayılmış xəstəlikdir. O deyib ki, hepatit virusu ən çox Çində və Tayvanda geniş yayılıb. “Bu xəstəliyiin ən geniş yayıldığı bölgələr Asiyanın və Afriqanın bəzi bölgələrində 20 faizə qədər çatır” O deyib ki, İranda əhalinin 3 faizində hepatit xəstəliyi var. / Teqlər : #Dünyada hər il bir milyon nəfərdən çox insan hepatitdən həlak olur, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru AŞAĞI və YUXARI təzyiq nə deməkdir? Xərçəng haqqında qorxunc faktlar
Karantin dövründə çoxlu qida qəbulu xoşagəlməz nəticələrə yol aça bilər - Mütəxəssis xəbərdarlıq edir