Ebola vaksini 2018-ci ildən satışa çıxarılacaq

Ebola vaksini 2018-ci ildən satışa çıxarılacaq

Ümumdünya Səhiyyə Təşkilatı elan edib ki, Ebola vaksini  2018-ci ildən satışa çıxarılacaq.
 
Maide.Az “AFP”-a istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı elan edib ki, bu vaksin Ebola qarşısında 100 faiz təsir göstərir. “Qvineyada 6000 nəfərin üzərində aparılan araşdırmalar göstərir ki, yeni vaksin müsbət nəticələr verir. İndiyə kimi bu altı min nəfərdən heç biri ebolaya yoluxmayıb”. 
 
Ümumdünya Səhiyyə Təşkilatı elan edib ki, Afrikanın qərbində Ebola ilə mübarizədə problemlər və maneələr var. “Xəstəlik çox geniş yayılıb, virusa yoluxmuş bölgələrin ərazisi çoxdur, bəzi bölgələrdə sakinlər göstərişlərə əməl etmir”.
 
Ümumdünya Səhiyyə Təşkilatı bildirir ki, dünyanın 9 ölkəsində 22 min 495 nəfər Ebola virusuna yoluxub. “Onlardan 8981 nəfər həyatını itirib. Ölənlər Qvineya, Sierra Leone və Liberiya  ölkələrinin vətəndaşlarıdır”. 
 
Ebola virusu - keçici Ebola hemorragik qızdırmasının səbəbi olan virusdur.
 
Virus tər, qan, tüpürcək yolu ilə yayılır. Virusun qarşısını almaq üçün heç bir vaksin mövcud deyil. Xəstəliyin simptomları qızdırma, baş ağrısı, qusma və izhaldır. Bəzi insanlarda göz, qulaq və burun qanaxmaları müşahidə edilir
 
Bu virusun yayılması 2012-ci ildə qeydə alınıb ki, həmin vaxt Uqanda və Konqoda 57 nəfər ölüb. 2007-ci ildə isə Konqoda virus 187 nəfərin həyatına son qoyub. Virusun ən son yayılması 2014-cü ildə olub.

Google+ WhatsApp ok.ru