Gəncə sakini odlu silahla yaralanıb 28 Oktyabr 2014 02:00 Hadisə Gəncə şəhər sakini odlu silahdan açılan atəş nəticəsində yaralanaraq xəstəxanaya yerləşdirilib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə şəhərin Q. Zeynalov küçəsində yaşayan, 1985-ci il təvəllüdlü Sənan Akif oğlu Qurbanov odlu silahdan açılan atəş nəticəsində qarının dəlib keçən yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal əməliyyat edilən S. Qurbanovun vəziyyəti ağır qiymətləndirilir. Ona kim tərəfindən atəş açıldığı hələ ki məlum deyil. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. Teqlər : #Gəncə sakini odlu silahla yaralanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakı sakinlərinə dəhşət yaşadan sürücü tutuldu Mexiko aeroportunda güclü yanğın olub