Gədəbəy sakininin Gəncədə meyiti tapılıb

Gəncədə küçədə meyit tapılıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Atatürk prospektində qeydə alınıb. Araşdırma zamanı məlum olub ki, ölən şəxs Gədəbəy şəhər sakini, 1989-cu il təvəllüdlü Şövqü Ədalət oğlu Məmmədovdur. Meyitin üzərində Gəncə Ruhi Əsəb Xəstəxanasına göndəriş tapılıb.
 
Məlumata görə, mərhum epilepsiya xəstəliyindən əziyyət çəkib. Atası Ş. Məmmədovu Gəncəyə aidiyyəti üzrə xəstəxanaya yerləşdirilmək gətirdiyini və oğlunun şəhərdə qəflətən vəfat etdiyi bildirib.

Google+ WhatsApp ok.ru