Gəncədə sərnişin avtobusu qəzaya uğrayıb

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
 
Zülfü Hacıyev küçəsində 6 saylı marşrut xətti üzrə hərəkət edən “Hyundai” markalı avtobus yolun kənarında dayanan “Mercedes” markalı minik avtomobilinə çırpılıb. Nəticədə avtobusun sərnişinlərindən bir neçəsi xəsarət alıb. Həmin şəxslər xəstəxanaya çatdırılıblar.
 
Faktla bağlı araşdırma aparılır.

Google+ WhatsApp ok.ru