Gəncədə bir neçə ticarət obyekti yanıb

Gəncədə bir neçə ticarət obyekti yanıb

Verilən məlumata görə, hadisə şəhərin Nizami küçəsində baş verib.
 
Maide.Az FHN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, Gəncə şəhəri, Kəpəz rayonunda bir dam altında tikilmiş vətəndaşa məxsus ümumi sahəsi 20 kv.m olan dönərxananın yanar konstruksiyaları, digər vətəndaşa məxsus ümumi sahəsi 28 kv.m olan məişət mallarının satışı mağazası və yaxınlıqda tikilmiş ümumi sahəsi 8 kv.m olan köşkün yanar konstruksiyaları və 9 ədəd şam ağacı (ümumi 65 kv.m sahədə) yanmışdır. Yaxınlıqdakı digər ticarət obyektləri yanğından mühafizə olunmuşdur. Yanğın saat 03:50-də yanğınsöndürənlər tərəfindən söndürülmüşdür.
 
Yanğının baş vermə səbəbləri araşdırılır. /

Google+ WhatsApp ok.ru