Gəncədə 5 avtomobil toqquşub 07 Dekabr 2016 02:00 Hadisə Gəncədə zəncirvari qəza baş verib. Şəhərin Sadıx Rəhimov küçəsində “VAZ-21012” və “VAZ21099” markalı avtomobillər toqquşub. Zərbənin gücündən həmin avtomobillər yolun kənarında dayanan “QAZ-24”, “Hyundai Sonata” və “QAZel” markalı maşınlara çırpılıb. Hadisədə 1936-cı il təvəllüdlü Yusif Məmmədov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. (apa) / Teqlər : #Gəncədə 5 avtomobil toqquşub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda yeni doğulmuş körpə xəstəxanada ölüb Kiyevdə azarkeşlər arasında insident baş verib