Gəncədə küçədən tapılan körpənin durumu necədir?

Gəncədə küçədən tapılan körpənin durumu necədir?

Səhiyyə Nazirliyi Gəncədə küçədən tapılan körpənin durumu barədə məlumat yayıb.
 
Nazirlikdən Trend-ə bildirilib ki, körpənin vəziyyəti normaldır.
 
"Gəncədə vətəndaşların küçədən taparaq Gəncə Şəhər 2 saylı Uşaq Xəstəxanasına gətirdikləri 3-4 günlük olan oğlan uşağının vəziyyəti barədə xəstəxanadan bildirdilər ki, uşaqda fiziki qüsur qeydə alınmayıb, vəziyyəti qənaətbəxş qiymətləndirilir. Hazırda həkimlərin nəzarəti altındadır. Faktla əlaqədar artıq hüquq-mühafizə orqanlarına da məlumat verilib".
 

Google+ WhatsApp ok.ru