Güclü külək Daşkəsəndə fəsadlar törədib - FOTO

Güclü külək Daşkəsəndə fəsadlar törədib - FOTO

Mayın 19-da, saat 13.30 radələrində Daşkəsən rayonu ərazisində baş vermiş güclü külək, qasırğa nəticəsində bina və evlərə, o cümlədən, Daşkəsən şəhərinin yaşayış və inzibati binalarının dam örtüklərinə və rayonun elektrik, rabitə təsərrüfatına, minik avtomobillərinə ziyan dəyib.
 
Bu barədə APA-ya Daşkəsən rayon İcra Hakimiyyətindən bildirilib. Məlumata görə, Daşkəsən şəhərindəki İ.Qayıbov küçəsi 30 və 30 a ünvanlarında yerləşən 5 mərtəbəli, S.Vurğun küçəsi 24a ünvanında yerləşən 2 mərtəbəli  yaşayış  binalarının dam örtüyünə ziyan dəyib. Güclü külək İ.Qayıbov küçəsi 30a ünvanında yerləşən 5 mərtəbəli yaşayış  binasının dam örtüyünə daha ciddi ziyan vurub, dam örtüyü tamamilə sıradan çıxıb.
 
10-dan artıq elektrik dirəyi, 300 paqon metrdən artıq elektrik kabeli, 3 rabitə dirəyi, 100 paqon metrdən artıq rabitə kabelinin də sıradan çıxdığı bildirilir0
 
Hadisə ilə əlaqədar həmin binaların sakinləri tərəfindən ambulator müayinə üçün Mərkəzi Rayon Xəstəxanasının təcili yardım xidmətinə müraciətlər daxil olub.
 
Faktlarla bağlı aidiyyəti qurumlara məlumat verilib.
 
Dəymiş ziyanın həcminin müəyyənləşdirilməsi üzrə işlər aparılır. Daxili imkanlar hesabına dəymiş ziyanın aradan qaldırılması üzrə müvafiq tədbirlər görülür. /
 
guclu kulek daskesende fesadlar toredib

guclu kulek daskesende fesadlar toredib

guclu kulek daskesende fesadlar toredib

guclu kulek daskesende fesadlar toredib

Google+ WhatsApp ok.ru