Güclü külək fəsadlara səbəb olub 04 Noyabr 2019 10:20 Hadisə Noyabrın 2-si və 3-ü külək Bakının rayonlarında fəsadlara səbəb olub. Bu barədə Bakı Şəhər Yaşıllaşdırma və Bitkiləri Mühafizə Departamentinin rəhbəri Orxan Məmmədov bildirib. «Güclü külək nəticəsində 30-dan çox ağac ziyan görüb. Belə hallar ən çox Bakının Yasamal, Binəqədi, Nəsimi və Nərimanov rayonlarında baş verib. Külək 15-ə qədər ağacı kökündən qoparıb. 15-dən də çox ağacın iri budaqlarını sındırıb», -O.Məmmədov qeyd edib. Verilən məlumata görə, 4-ə qədər avtomobil də ağac aşması nəticəsində zədələnib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, noyabrın 2-də şimal-qərb küləyi arabir Bakıda 35 m/s, Neft daşlarında 31 m/s-dək güclənib, dalğanın hündürlüyü 7 metr olub. Noyabrın 3-də külək bir qədər mülayimləşib. /azadliq.org Teqlər : #Güclü,#külək,#fəsadlara,#səbəb,#olub, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Lerikdə zəlzələ olub Sumqayıtda süpürgəçi qadını avtomobil vurub