Gecə məscidə basqın oldu - Qaraçuxurda şok olay

Noyabrın 26-da səhər saat 01:55 radələrində naməlum şəxslər Qaraçuxur məscidini yandırıb.
 
Miade.az "Həftə İçi" qəzetinə istinadən xəbər verir ki, bunu məscidin axundu Mirfəttah Fətəliyev deyib. Məscid axundunun sözlərinə görə, Allah evinə 6-7 min manat həcmində ziyan dəyib: "Məscidin xalça və gəbələri tamamilə yanıb. Pənəcərə şüşələri sındırılıb”.
 
Mirfəttah Fətəliyevin sözlərinə görə, ibadətgahı kimlərin yandırdığı bəlli deyil: "Məscidi yandıranlar bəlli deyil. Hətta gözətçiyə güc də tətbiq edilib və o, yıxılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, həmin adamlar 2 nəfər olub. Məscidin içərisinə daxil olaraq od vurublar. Gözətçi dərhal ayağa qalxıb. Ətrafda yaşayan camaatın köməyi ilə yanğının daha da şiddətlənməsinin qarşısı alınıb.
 
Hazırda polis hadisə yerindədir. Faktla bağlı araşdırma aparılır.
 
 
 
 

Google+ WhatsApp ok.ru