Günorta yuxusu uşaqlarda nitqin inkişafına müsbət təsir göstərir 15 Fevral 2017 02:00 Ailə Günorta yuxusu uşaqlarda nitqin inkişafına müsbət təsir göstərir ABŞ-ın Arizona Universitetinin alimləri günorta yuxusunun uşaqlarda nitqin inkişafına müsbət təsir etdiyini müəyyənləşdirib. “Komsomolskaya pravda” saytına istinadla xəbər verir ki, 40 uşağın iştirakı etdiyi tədqiqatlarda körpələr iki qrupa ayrılıblar. Birinci qrupun iştirakçıları mütəmadi olaraq öyrəndikləri bir neçə sözdən sonra günorta yuxusuna yollanıblar. Digər qrupun uşaqları isə eyni sözləri öyrəndikdən sonra yatmağa deyil, oyun meydançasına və ya yeməyə aparılıblar. Araşdırmalardan günorta yatan uşaqların digərlərinə nisbətən öyrəndikləri sözləri daha yaxşı qavradıqları məlum olub. Bununla yanaşı alimlər belə qənaətə gəliblər ki, uşaqların böyüklərdən fərqli olaraq sutkada səkkiz deyil, 10-12 saat yatmaları vacibdir. Onların fikrincə məhz bu yuxu rejiminə əsasən tam dincəlməklə yanaşı, uşaqlarda idrak qabiliyyəti də daha yaxşı inkişaf edir. (saglamheyat.) / Teqlər : #Günorta yuxusu uşaqlarda nitqin inkişafına müsbət təsir göstərir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Stomatoloji Mərkəz: Əmziklər və şirniyyatlar uşaqların ağız boşluğunda fəsadlar yaradır Vaxtından əvvəl doğuşların 18 faizi hava çirklənməsi ilə əlaqəlidir
Bu şəxslər 11-ci sinfi bitirdikdən sonra ali məktəbə 2 il imtahansız qəbul ola biləcəklər - YENİ QAYDA