Goranboyda 10 kəndi su basıb - FOTO 26 Oktyabr 2016 01:00 Hadisə Azərbaycanda yağan intensiv yağışlar Goranboy rayonunda ciddi fəsadlar yaradıb. Leysan xarakterli yağışların yağması Qaraçay çayında suyun səviyyəsinin artmasına səbəb olub. Nəticədə çayın sahilinə yaxın yerləşən 10-a yaxın kənd sel sularına məruz qalıb. Sel suları yaşayış məntəqələrində evlərin zirzəmilərinə dolub. Həmçinin kənd təsərrüfatına ciddi ziyan dəyib, əkin sahələri sel sularının altında qalıb və yarasız hala düşüb. Rayon mərkəzi ilə Ağcakənd qəsəbəsini birləşdirən yolun bir hissəsi çöküb. Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən baş verən təbii fəlakətin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər görülür. (Report) Teqlər : #Goranboyda 10 kəndi su basıb FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda iki taksi toqquşub, 6 nəfər xəsarət alıb Polis Akademiyasında dava: Kursant bıçaqlandı