Goranboyda bir gündə 4 nəfər dəm qazından zəhərlənib 25 Dekabr 2017 02:00 Hadisə -- Onlara müvafiq tibbi yardım göstərilib Goranboy rayonunda ikisi azyaşlı olmaqla 4 nəfər dəm qazından zəhərlənib. APA-nın verdiyi məlimata görə, Bakı sakini, 1968-ci il təvəllüdlü Nəsirova İradə Polad qızı Goranboy şəhərində kirayə qaldığı evdə dəm qazından zəhərlənib. Qadın xəstəxanaya yerləşdirilib. Rayonun Xan Qərvənd kəndində isə bir qadın iki azyaşlı övladı ilə birgə dəm qazından zəhərlənərək xəstəxanaya yerləşdirilib. Onlara müvafiq tibbi yardım göstərilib. Vəziyyətlərinin normal olduğu bildirilir. Teqlər : #Goranboyda bir gündə 4 nəfər dəm qazından zəhərlənib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Bakıda mənzildə parlayış olub, bir nəfər xəsarət alıb Sumqayıt-Bakı sürət qatarı piyadanı vurub