Goranboyda naməlum avtomobil piyadanı vurub öldürüb

Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.
 
Naməlum avtomobil Gəncə şəhər sakini, 1994-cü il təvəllüdlü Elmir Quliyevi vurub. Yaralı hadisə yerində ölüb, qəzanı törədən avtomobil isə hadisə yerindən qaçıb.
 
Faktla bağlı Goranboy rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.

Google+ WhatsApp ok.ru