Gürcüstanda azərbaycanlıların avtobusu qəzaya uğradı

Gürcüstanın Şido-Kartli bölgəsinin Osiauri kəndi yaxınlığında Azərbaycan nömrəsi olan avtobusla mikroavtobus toqquşub.
 
Qəza nəticəsində 3 nəfər həlak olub, 7 nəfər isə xəsarət alıb. Həlak olan və xəsarət alan şəxslərin milliyəti hələlik açıqlanmayıb.
 
Gürcüstan Daxili İşlər Nazirliyi qəzaya səbəb olan sürücüyə qarşı cinayət işinin açıldığını bəyan edib.

Google+ WhatsApp ok.ru