Göyçayda çaqqallar kəndə hücum edib 18 Oktyabr 2016 01:00 Hadisə Göyçay rayonunda kənd sakinlərinin mal-qarası və toyuq-cücəsi tez-tez canavar, çaqqal və tülkülərin hücumuna məruz qalır. Verilən xəbərə görə, ötən gecə rayonun Hacalıkənd kəndində sakinlərə məxsus ev quşları növbəti dəfə çaqqalların hücumuna məruz qalıb. Kənd sakinləri Yaşar Salmanov və Ofeliya Salmanovaya məxsus 12 baş ev quşu çaqqallar tərəfindən tələf edilib. Çaqqallar ev sahibinə məxsus iki iti öldürüb, onlardan birini yeyiblər. Kənd sakinləri belə hadisə ilə ilk dəfə rastlaşdıqlarını deyiblər. Onlar son vaxtlar kənd ərazisində çaqqal və tülkülərin sayının xeyli artdığını, vəhşi heyvanların hücumundan qorunmaqda aciz qaldıqlarını bildiriblər. Qeyd edək ki, son iki ayda Göyçay rayonunun Hacalıkənd kəndində 11 vətəndaşa məxsus 210 baş toyuq və hind quşu, 6 baş qoyun və quzu vəhşi heyvanlar tərəfindən tələf edilib. (apa) / Teqlər : #Göyçayda çaqqallar kəndə hücum edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yağış Bakı məktəblərindən birinin stadionunu uçurtdu - FOTO Yağışın fəsadları - Bir gündə 22 yol qəzası